Müşahidə şurası
Ümeyra İbrahimova
Müşahidə şurasının sədri
-
1987
Bakı şəhərində anadan olmuşdur.
-
2008
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
-
2010
Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat fakültəsini magistr dərəcəsi ilə bitirmişdir.
-
2011
Maliyyə sektorunda peşəkar fəaliyyətinə başlamış, “PAŞA Bank” ASC-nin Xəzinədarlıq departamentində kiçik mütəxəssis kimi işləmişdir.
-
2012–2016
Paralel olaraq “PAŞA Kapital investisiya şirkəti” QSC-də broker və diler kimi fəaliyyət göstərmişdir.
-
2013–2022
“PAŞA Bank” ASC-də müxtəlif vəzifələrdə, o cümlədən Qlobal bazarlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
-
2022
Azərbaycan Respublikasının Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsini tutmuşdur.
-
2023–2026
Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurası sədrinin müavini vəzifəsini icra etmişdir.
-
2026
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının qərarı ilə Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmişdir.
Ağahüseyn Xudaverdiyev
Müşahidə Şurasının sədrinin müavini
-
1976
Bakı şəhərində anadan olmuşdur.
-
1999
Əmək fəaliyyətinə və maliyyə sektorundakı ilk illərinə başlamış, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
-
2002–2003
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentində baş mütəxəssis kimi fəaliyyət göstərmiş, daha sonra Korporativ qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsinin rəisi və sektor müdiri vəzifələrini icra etmişdir.
-
2004
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
-
2010–2016
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
-
2013
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
-
2016
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.
-
2023
Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 8 may 2023-cü il tarixli qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmiş və bu vəzifədə çalışmışdır.
-
2026
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının qərarına əsasən Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 2 övladı var.
Vüqar Namazov
Müşahidə şurasının üzvü
-
2005
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Maliyyə-kredit" ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmişdir.
-
2007
Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsini almışdır. 13 ildən artıq Bakı Fond Birjasında müxtəlif rəhbər vəzifələrdə, o cümlədən İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-də İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərmişdir.
-
2021
Kellog Biznes Məktəbinin (Kellogg School of Management) "Təşkilati liderlik" proqramı üzrə təhsil almışdır.
-
2021
"Unicapital İnvestisiya Şirkəti" ASC-yə Baş direktorun müşaviri olaraq qoşulmuşdur.
-
2023
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Baş direktoru vəzifəsinə təyin edilmişdir.
-
2023
Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının üzvü vəzifəsinə təyin edilmişdir. Bir çox beynəlxalq ixtisas sertifikasiyalarının, o cümlədən ABŞ-nin Layihələrin İdarə Edilməsi İnstitutunun (PMI) "Peşəkar Layihə Meneceri" (PMP) sertifikatının sahibidir.
Nadir Babazadə
Müşahidə şurasının müstəqil üzvü
-
1988
Anadan olmuşdur.
-
2006–2010
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xüsusi İstedadlar Qrupunda maliyyə ixtisası üzrə bakalavr təhsili almışdır.
-
2023–2024
IE Business School-un Global Executive MBA (GXMBA) proqramı üzrə təhsil almışdır.
-
2010
Azercell Telecom” MMC-də əmək fəaliyyətinə başlamışdır.
-
2013–2019
“Unibank KB” ASC-nin Xəzinədarlıq Departamentində şöbə müdiri vəzifəsində çalışmışdır. Daha sonra “Unicapital İnvestisiya Şirkəti” ASC-də rəhbər vəzifədə fəaliyyət göstərmişdir.
-
2020–2021
ABB-də İdarə Heyəti sədr müavininin müşaviri vəzifəsində çalışmışdır.
-
2020
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC-də İcraçı direktor vəzifəsində fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.
-
2021
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Müşahidə Şurasının üzvüdür.
Nazlı Məmmədova
Müşahidə şurasının müstəqil üzvü
-
1987
Özbəkistan Respublikasının Zarafşan şəhərində anadan olmuşdur.
-
2006
Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" ixtisası üzrə (Xüsusi İstedadlar Qrupu) bakalavr dərəcəsini almışdır.
-
2011
Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsini almışdır.
-
2010-2017
"Ernst & Young Azerbaijan" şirkətində audit mütəxəssisi kimi fəaliyyətə başlamış daha sonra müxtəlif vəzifələrdə çalışmışdır.
-
2017–2019
Azərbaycan Beynəlxalq Bankında Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsini icra etmişdir.
-
2019
"Moonwake Investment" MMC-də Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsində çalışır.
-
2023
Mərkəzi Depozitari tərəfdaşlığında (MDM) Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 3 övladı var.