Skip to main content

EÖS

Elektron Ödəniş Sistemi — qiymətli kağızlar üzrə ödənişlərin icrası.

Elektron Ödəniş Sistemi (EÖS) qiymətli kağızlarla əqdlər üzrə pul hesablaşmalarının və emitentlərin ödənişlərinin elektron qaydada icrasını təmin edir.

Sistem vasitəsilə icra olunan ödənişlər

  • Əqdlər üzrə hesablaşmalar — «ödənişə qarşı təhvil» prinsipi ilə;
  • Dividend ödənişləri;
  • İstiqrazlar üzrə kupon və nominal dəyər ödənişləri;
  • Xidmət haqlarının ödənilməsi.

«Ödənişə qarşı təhvil» nə deməkdir

Qiymətli kağızın köçürülməsi və pulun ödənilməsi bir-birindən asılı şəkildə, eyni anda baş verir. Bu prinsip tərəflərdən birinin öhdəliyini yerinə yetirməmə riskini aradan qaldırır və beynəlxalq standart sayılır.

Sistemə giriş ünvanı və istifadəçi təlimatı bu bölmədə yerləşdirilir.