Əsas kontentə keç

Vətəndaşların qəbulu

Qəbul qaydası

Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) tərəfindən vətəndaşların qəbul edilməsi «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli, 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası»na və «Azərbaycan Respublikası Milli Depozit Mərkəzində vətəndaşların qəbulunun təşkilinə dair» Prosedurda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Vətəndaşlar MDM-in inzibati binasına yaxınlaşmaqla, «966-0» qaynar xətti vasitəsilə və MDM-in rəsmi internet saytında müvafiq bölmədə qeydiyyatdan keçmək yolu ilə onlayn müraciət etməklə qəbula yazıla bilərlər. Vətəndaş qəbula yazılarkən onun soyadı, adı, atasının adı, müraciətin mahiyyəti, əvvəllər bu məsələ ilə əlaqədar müraciət edib-etməməsi halları öyrənilir. Qəbula yazılmaq üçün vətəndaş şəxsən və ya etibarnamə üzrə nümayəndəsi vasitəsilə müraciət edə bilər.

Qəbul cədvəli

Vətəndaşlar aşağıdakı fayla daxil olmaqla MDM-in rəhbər şəxslərinin qəbul günləri barədə məlumat əldə edə bilərlər.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində rəhbər şəxslərin qəbul cədvəli Fayl hazırlanır

Qəbula yazıl

Onlayn qeydiyyat