Depozitar xidmətləri üzrə illik hesabat təqdim edilib
Milli Depozit Mərkəzi depozitar xidmətləri üzrə illik hesabatını təqdim edib. Hesabatda uçota alınmış qiymətli kağızların həcmi, açılmış depo hesablarının sayı və il ərzində aparılmış əməliyyatların dinamikası əks olunub.
Sənəddə həmçinin elektron platformaların istifadə göstəriciləri, korporativ hadisələrin emalı və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verilir.
Hesabatın tam mətni saytın «Hesabatlar» bölməsində yerləşdirilib.