Kapital bazarı forumu Bakıda keçirilib
Bakıda keçirilən kapital bazarı forumunda yerli və xarici maliyyə institutlarının nümayəndələri iştirak edib. Tədbirdə bazarın inkişaf perspektivləri, investorların cəlb edilməsi və infrastrukturun modernləşdirilməsi müzakirə olunub.
Milli Depozit Mərkəzinin nümayəndələri depozitar xidmətlərinin rəqəmsallaşdırılması və beynəlxalq depozitarlarla əməkdaşlıq təcrübəsi barədə çıxış ediblər.
Forum çərçivəsində ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq istiqamətləri müzakirə edilib.