Əsas kontentə keç

Milli Depozit Mərkəzi ASAN Pay platformasında emitentlər üçün yeni funksiyanı aktivləşdirib

Paylaş

Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ASAN Pay elektron ödəniş platformasında emitentlər üçün nəzərdə tutulmuş yeni funksiyanı aktivləşdirmişdir.

Bundan sonra emitentlər öz VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) məlumatları vasitəsilə platformaya onlayn daxil olaraq ödəniş əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.

Artıq emitentlər sayta daxil olub “Elektron xidmətlər” bölməsinə keçid edərək təqdim olunan bütün xidmətlər üzrə ödənişləri sürətli, təhlükəsiz və rahat şəkildə icra edə biləcəklər.

Yenilənmiş sistem istifadəçilərə vaxt itkisini minimuma endirməyə, ödəniş proseslərini daha şəffaf və əlçatan etməyə imkan yaradır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən rəqəmsal infrastrukturun inkişafı istiqamətində əməkdaşlıq çərçivəsində bu yeniliyin tətbiqi xüsusilə mühüm əhəmiyyət daşıyır.

Milli Depozit Mərkəzi ASAN Pay platformasında emitentlər üçün yeni funksiyanı aktivləşdirib
Emitentlər VÖEN məlumatları ilə platformaya onlayn daxil olaraq ödəniş əməliyyatlarını icra edə bilərlər.

Digər xəbərlər