Skip to main content

Risklərin idarə edilməsi

MDM-də risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması sistemi.

Mərkəzi depozitar bazarın kritik infrastrukturudur: onun fəaliyyətindəki hər hansı pozuntu bütün bazar iştirakçılarına təsir edir. Buna görə risklərin idarə edilməsi MDM-in fəaliyyətinin ayrılmaz hissəsidir.

İdarə olunan risk növləri

  • Əməliyyat riski — daxili proseslərdəki nöqsanlar, insan amili və ya sistem sıradan çıxması nəticəsində itki riski;
  • Hesablaşma riski — əqd tərəflərindən birinin öz öhdəliyini yerinə yetirməməsi riski;
  • Depozitar riski — uçot məlumatlarının bütövlüyünə və aktivlərin saxlanmasına dair risklər;
  • İnformasiya təhlükəsizliyi riski — məlumatların məxfiliyinə, tamlığına və əlçatanlığına təhdidlər;
  • Hüquqi və uyğunluq riski — qanunvericilik tələblərinə uyğunsuzluq riski;
  • Fasiləsizlik riski — fövqəladə hallarda xidmətlərin dayanması riski.

İdarəetmə mexanizmləri

  • Risklərin mütəmadi müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Səlahiyyətlərin bölüşdürülməsi və ikili nəzarət prinsipi;
  • Fəaliyyətin fasiləsizliyi və bərpa planları;
  • Məlumatların ehtiyat nüsxələnməsi və bərpa proseduru;
  • Daxili audit tərəfindən müstəqil yoxlama;
  • Hadisələrin qeydiyyatı və təhlili.

Risklərin idarə edilməsi siyasəti İdarə Heyəti tərəfindən təsdiq edilir və Müşahidə Şurasının nəzarəti altındadır.