Əsas kontentə keç

Satınalma bölməsinin mütəxəssisi

Satınalma və İnzibati İdarəetmə Departamenti Bakı şəh.

Dövlət satınalmaları qanunvericiliyini bilən, illik satınalma planının hazırlanmasında və tender prosedurlarının aparılmasında təcrübəsi olan mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri

  • Satın alınacaq malların (işlərin və xidmətlərin) qanunla tələb olunan müddətdə planlaşdırılması üçün tədbirlərin görülməsi və illik satınalma planının hazırlanmasında iştirak edilməsi
  • Satın alınacaq malların (işlərin və xidmətlərin) iş həcmlərinin və şərtlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti struktur bölmələrdən məlumatlar tələb edilməsi və alınması, layihə (texniki) tapşırıqlara dair rəy və təkliflərin verilməsi
  • Alınacaq malların (işlərin və xidmətlərin) «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satın alınmasının təşkili üçün sənədləşmələrin təmin edilməsi, ehtimal olunan qiymətlərin hesablanması
  • Keçirilən satınalma müsabiqələrinin şərtlərinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin və məlumatların ümumiləşdirilərək tender komissiyasına təqdim edilməsi
  • Elan edilmiş elektron satınalma prosedurlarına nəzarət etmək, malgöndərənlərin (podratçıların) satınalma proseduru barədə suallarının cavablandırılması və satınalma prosedurlarının gedişatı barədə tender komissiyasına icmal məlumatların təqdim edilməsi
  • Tender (kotirovka) təkliflərinin qiymətləndirilməsi və müqayisəsində iştirak edilməsi
  • Zərurət olduqda satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) bir mənbədən satınalma metodunun tətbiqinə uyğun olub-olmamasının araşdırılması və əsaslandırılmasında iştirak edilməsi
  • Qurumun təchizatçılarla əlaqəsi kimi xidmət edilməsi
  • Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət edilməsi

Namizədə dair tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununu bilməsi
  • Məlumatların toplanması və təhlili təcrübəsi
  • Səliqəlilik və dəqiqlik
  • Kollektivdə işləmək bacarığı
Müraciət et

CV və müşayiət sənədlərinizi formada yükləyəcəksiniz.